
Makron təyyarədə həyat yoldaşından şillə yedi - FOTO
11:15 26.05.2025
Gündəm
558
Fransa Prezidenti Emmanuel Makron Cənub-Şərqi Asiya turuna Vyetnamdan başlayıbl. Təyyarədən enərkən yayımlanan görüntülərə əsasən, Makron Vyetnama çatdıqda həyat yoldaşı Briqit Makronla bir mübahisə yaşayıb.
Görüntülərdə Briqit Makronun Fransa Prezidentinin üzünə fiziki müdaxilə etdiyi görünür.
"Associated Press" xəbər agentliyi tərəfindən dünən axşam Hanoyda çəkilən kadrlarda, təyyarənin qapısı açılar-açılmaz Makron görünür. Bir neçə saniyə sonra həyat yoldaşının qolları kadra daxil olur və Makronun üzünə müdaxilə etdikdən sonra onu itələyir.
Nə baş verdiyini anlamayan və sanki diksinmiş kimi görünən Makron dərhal özünü toparlayır və açılan qapıya əl yelləmək üçün geri dönür.
Briqit Makronun üzü isə təyyarənin arxa tərəfində qaldığı üçün görünməyib.
Cütlük Vyetnamlı rəsmilər tərəfindən rəsmi qarşılanmaq üçün nərdivanlardan enərkən, Briqit Makron həyat yoldaşının uzatdığı əli tutmayıb.
Video internetdə sürətlə yayıldıqdan sonra Makronun ofisi əvvəlcə görüntülərin həqiqiliyini inkar edib, daha sonra isə onların həqiqi olduğunu təsdiqlənib.
Makronun yaxın bir dostu sonradan hadisəni cütlük arasında zərərsiz "ağız davası" kimi xarakterizə edib.
Prezidentin ətrafından başqa bir şəxs isə hadisənin əhəmiyyətini kiçik göstərib.
İkinci mənbə jurnalistlərə belə deyib: “Prezident və həyat yoldaşı səfərə başlamazdan əvvəl zarafatlaşaraq gərginliyi atdıqları bir an idi.”

“O, birlik anı idi. Qeyri-real nəzəriyyələr uyduranlar üçün bundan artığı lazım deyildi” deyən mənbə, hadisə ilə bağlı neqativ şərhlərə görə Rusiyapərəst hesabları günahlandırdı.
Vyetnam, Makronun Fransanı ABŞ və Çinə qarşı etibarlı alternativ kimi təqdim edəcəyi və təxminən bir həftə davam edəcək Cənub-Şərqi Asiya turunun ilk dayanacağıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya