Diplomatiya dalana dirənib: ABŞ-İran danışıqları nəticəsiz qala bilər
09:22 04.06.2025
Siyasət
457
ABŞ-ın İranın nüvə proqramına dair planı ölkənin əsas prinsipləri ilə tam uyğun gəlmir.
Bunu İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei bəyan edib.
O, Vaşinqtonun nüvə danışıqları çərçivəsində irəli sürdüyü təklifə qarşı çıxaraq bildirib ki, bu yanaşma İranın maraqlarına ziddir: “ABŞ kimdir ki, bizə desin nüvə proqramımız olsun, ya olmasın? Onların təklifi bizim güc prinsipimizlə tam uyğun gəlmir. ABŞ İranın nüvə fəaliyyətini zəiflədə bilməyəcək. Uranın zənginləşdirilməsi işini davam etdirəcəyik”.
Politoloq Tural İsmayılov Sherg.az-a bildirib ki, İranın ABŞ-ın nüvə proqramı ilə bağlı planına sərt reaksiyası bir neçə mühüm səbəbdən qaynaqlanır:
"İlk növbədə, ABŞ-ın təklifləri İranın suverenliyi və milli təhlükəsizlik prinsiplərinə zidd hesab edilir. İran dəfələrlə vurğulayıb ki, nüvə proqramı ölkənin milli gücünün ayrılmaz hissəsidir və heç bir xarici güc bu proqramı məhdudlaşdırmaq hüququna malik deyil. İranın birdən-birə ABŞ-a bu qədər sərt reaksiya verməsinin əsas səbəbi danışıqlarda irəliləyiş olmaması və ABŞ-ın birtərəfli tələblərlə çıxış etməsidir. ABŞ hələ də sanksiyaları aradan qaldırmadan və qarşılıqlı etimad yaratmadan, İranın nüvə proqramını ciddi şəkildə məhdudlaşdırmaq istəyir. Bu isə Tehranda güzəştə getməyə siyasi iradə qoymur və daxili auditoriyada zəiflik kimi qiymətləndirilə bilər. Bundan əlavə, ABŞ-ın İsrailə verdiyi güclü dəstək və bölgədə İranın təsirini məhdudlaşdırmaq cəhdləri də gərginliyin artmasına səbəb olur. ABŞ yalnız nüvə proqramı deyil, həm də İranın ballistik raket və müdafiə imkanlarını hədəfə alır ki, bu da Tehran üçün “qırmızı xətt”dir".
Politoloq əlavə edib ki, ABŞ-ın reaksiyası isə çox ehtimal ki, yeni sanksiyalar, diplomatik təzyiqlər və regionda hərbi mövcudluğun artırılması istiqamətində olacaq:
"Tramp Administrasiyası əvvəllər olduğu kimi, İranı iqtisadi və siyasi təzyiqlərlə güzəştə məcbur etməyə çalışacaq. Lakin ABŞ hərbi eskalasiyadan çəkinməyə üstünlük verir, çünki genişmiqyaslı müharibə nə Vaşinqtonun, nə də regionun maraqlarına uyğundur. Münasibətlərin gərginləşməsi müharibə riskini artırsa da, tərəflər arasında birbaşa hərbi qarşıdurma ehtimalı hələlik aşağıdır. Hər iki tərəf ritorikanı sərtləşdirsə də, hazırkı mərhələdə danışıqlar üçün diplomatik kanallar açıq saxlanılır. Əgər tərəflər kompromis əldə edə bilməsə, regionda proksi müharibələr və lokal toqquşmalar ehtimalı arta bilər, lakin birbaşa ABŞ-İran müharibəsi ehtimalı hələ də azdır. İran iqtisadi və sosial baxımdan ciddi sanksiyaların təsiri altındadır və bunun aradan qaldırılması üçün əsas yol diplomatik razılaşmadır. ABŞ isə İranın nüvə proqramını və regional təsirini məhdudlaşdırmaqda israrlıdır. Bu qarşılıqlı inamsızlıq və birtərəfli tələblər danışıqların nəticəsiz qalmasına səbəb ola bilər. Nəticə etibarilə, İranın sərt mövqeyi daxili sabitlik və milli suverenlik məsələləri ilə bağlıdır. ABŞ isə öz təhlükəsizlik və regional maraqlarını qorumağa çalışır. Gərginlik davam edəcək, lakin tərəflər arasında diplomatik imkanlar tam tükənməyib. Müharibə ehtimalı az olsa da, qarşıdurmanın dərinləşməsi regionda yeni risklər yarada bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu nazirliyə əlavə xidməti avtomobil veriləcək
17:21 31.07.2026
Gündəm
Rusiya səfiri Polşa XİN-ə çağırıldı
17:19 31.07.2026
Gündəm
Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib
16:40 31.07.2026
Gündəm
Almaniya Kansleri Seutadakı vəziyyətlə bağlı Mərakeşə çağırış etdi
16:39 31.07.2026
Gündəm
60 min miqrant İspaniyanın Seuta şəhərinə daxil olub
16:35 31.07.2026
Gündəm
Xəzər rayonunda 45 kq narkotik aşkarlanıb
16:33 31.07.2026
Hadisə
Seutaya miqrant axını təsadüfi deyil, kənardan idarə olunur - ŞƏRH
16:25 31.07.2026
Gündəm
Küveyt ordusu İran dronlarını məhv etdi
16:14 31.07.2026
Dünya
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
15:51 31.07.2026
Elm və Təhsil
NATO Avropada nüvə silahlarının artırılması planı üzərində işləyir
15:09 31.07.2026
Dünya
Rusiya ordusu Ukraynada iki yaşayış məntəqəsini nəzarətə götürüb
15:02 31.07.2026
Dünya
İnfantinonun müşaviri FIFA-nın planına etiraz olaraq istefa verdi
14:38 31.07.2026
Futbol
Külək nə vaxt zəifləyəcək? - Açıqlama
14:32 31.07.2026
Ekologiya
SEPAH üzvlərinin meyitləti İrana gətirildi
14:26 31.07.2026
Dünya