Bərdədə polis tərəfindən 5 kq marixuana aşkarlandı

Bərdədə polis tərəfindən daha 5 kiloqram narkotik vasitə aşkarlanıb.

Axar.az xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Orxan Qarayev saxlanılıb.

Axtarış zamanı ondan 5 kiloqram marixuana aşkarlanıb. Həmin şəxsin narkotik vasitəni satış məqsədi ilə İran sakinindən əldə etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, O.Qarayev barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.