Avropa işləri üzrə nazirlər Aİ-nin daha da genişlənməsini dəstəkləyirlər
03:42 03.09.2025
Siyasət
384
Avropa İttifaqına (Aİ) sədrlik edən Danimarkada Aİ-nin genişlənməsi məsələsi müzakirə olunub.
"Report"un Avropa bürosunun məlumatına görə, müzakirələr Aİ-yə üzv 27 ölkənin Avropa işləri üzrə nazirlərin namizəd ölkələrin inteqrasiya məsələlərinə cavabdeh olan rəsmiləri ilə qeyri-rəsmi görüşündə aparılıb.
Görüşdən sonra Kopenhagen şəhərində keçirilən birgə mətbuat konfransında Danimarkanın Avropa işləri üzrə naziri Mariya Byerre Holst və Aİ-nin Genişlənmə məsələləri üzrə komissarı Marta Kos bu barədə açıqlama veriblər.
Mariya Byerre Holst bildirib:
"Biz yeni reallıqla – ABŞ-dən gələn yeni tendensiyalar və Rusiyanın təcavüzü ilə üz-üzəyik. Bu o deməkdir ki, Avropa İttifaqı daha müstəqil şəkildə hərəkət edə bilməlidir. Aİ-nin genişlənməsi ittifaqın gücləndirilməsində həlledici rol oynayır və bu, Avropada təhlükəsizlik baxımından daha çox sabitlik və erkən proqnozlaşdırma fürsəti yaradacaq – bu isə bizim üçün çox vacibdir".
Onun sözlərinə görə, genişlənmə Danimarkanın Aİ-yə sədrliyi dövründə prioritetlərdən biridir. Nazir qeyd edib ki, bu, çətin şəraitdə islahat səylərini davam etdirən Ukraynaya da aiddir. Eyni zamanda, digər namizəd ölkələr arasında da fəal islahatlar aparanlarla əhəmiyyətli irəliləyiş əldə oluna bilər.
Aİ komissarı Marta Kos isə bildirib ki, "Eurobarometr" sorğusuna əsasən, Aİ vətəndaşlarının 56%-i genişlənməni dəstəkləyir və bunun səbəbi təhlükəsizliklə bağlı problemlərdir:
"Bu nəticələr Ukraynada genişmiqyaslı müharibənin başlamasından sonra genişlənməyə olan ictimai dəstək meylini təsdiqləyir. Təhlükəsizliklə bağlı narahatlıq genişlənməyə dəstəyin artmasına səbəb olub".
O qeyd edib ki, genişlənməyə ən yüksək dəstək Skandinaviya ölkələrində və gənclər arasında qeydə alınıb. Namizəd ölkələr arasında islahatlar və texniki meyarlara uyğunluq baxımından Albaniya və Monteneqro ən çox irəliləyiş əldə etmiş ölkələr kimi göstərilib. Marta Kosun sözlərinə görə, Monteneqro artıq gələn ilin sonunadək texniki danışıqları yekunlaşdıra və 2028-ci ildə Aİ-yə üzv ola bilər. Albaniya üçün isə danışıqların 2027-ci ilin sonuna qədər başa çatdırılması real görünür. Digər Qərbi Balkan ölkələrinin isə bu yolda daha çox iş görməsi tələb olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Peskov Ukraynanın sülh prosesinə meyilli olmadığını bildirib
15:09 10.07.2026
Gündəm
Kəlbəcərdə mina partlayışı olub
14:17 10.07.2026
Gündəm
Milli Məclisin növbəti iclası iyulun 13-də keçiriləcək
13:57 10.07.2026
Gündəm
Sabah 38 dərəcə isti olacaq
13:24 10.07.2026
Ekologiya
"Sədaqətin Sükutu" layihəsi Zaqatalada davam edir
13:09 10.07.2026
Ölkə
Paşinyanın Moskva səfəri gözlənilən nəticəni vermədi - ŞƏRH
13:06 10.07.2026
Gündəm
İnzibati Xətalar Məcəlləsində dəyişiklik ediləcək
12:57 10.07.2026
Gündəm
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
12:55 10.07.2026
İqtisadiyyat
Xameneinin vida mərasimində 43 milyona yaxın insan iştirak etdi
12:47 10.07.2026
Gündəm
Kamilo Duran "Qarabağ"dan "Seltik"ə transfer olundu
12:26 10.07.2026
Futbol
Azərbaycanın xarici dövlət borcu 8% azalıb
12:20 10.07.2026
İqtisadiyyat
Kıvanç Tatlıtuğ ikinci dəfə ata olacaq
12:15 10.07.2026
Şou
Kəlbəcərdə iki mina partladı
12:10 10.07.2026
Hadisə
FHN “İçərişəhər” qoruğunda təlim keçirəcək
11:57 10.07.2026
Gündəm
Bu məhsullar gömrük rüsumundan azad edilir
11:49 10.07.2026
İqtisadiyyat