İnterpol tərəfindən 20 ildir axtarılırdı: İstanbulda ələ keçirildi
11:26 19.09.2025
Hadisə
402
İstanbulda tarixi əsər qaçaqmalçılarına qarşı keçirilən əməliyyatlarda, aralarında 20 ildir İnterpol tərəfindən axtarılan xətt lövhəsinin də olduğu minlərlə əsər ələ keçirilib.
Sherg.az xəbər verir ki, İstanbul Əmniyyət Müdirliyinin Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları tarixi əsərləri ölkə xaricinə çıxarmağa çalışan qaçaqçılara qarşı əməliyyat aparıb.
Fatih, Şişli, Esenyurt, Bağcılar, Kadıköy və Beşiktaş rayonlarında iyun və sentyabr ayları ərzində 11 fərqli əməliyyat keçirilib.
Bu zaman 15 şübhəli saxlanılıb.
Bu şübhəlilərin ünvanlarında və iş yerlərində aparılan axtarışlarda, 2 fevral 2005-ci ildə Üsküdar Defterdar Tahir Əfəndi Məscidindən oğurlanmış, Xəttat Mehmet Sami Əfəndi tərəfindən (1837–1912) yazılmış 1 xətt lövhəsinin də daxil olduğu minlərlə əsər ələ keçirilib.
Əldə olunan əsərlər arasında xətt lövhəsindən başqa, 1771 hissədən ibarət Yunan/Roma imperiyası dövrlərinə aid insan təsvirli mozaik əsər də var.
Bundan başqa Yunan, Roma, Abbasi, Əməvi, Bizans imperiyaları, Osmanlı Dövləti və Anadolu Səlcuqlu Dövləti dövrlərinə aid olduğu qiymətləndirilən qızıl, gümüş, bürünc və nikel materialdan hazırlanmış ümumilikdə 2627 sikkə qrupu ələ keçirilib.
Osmanlı dövrünə aid olduğu müəyyən edilən pişot, xəncər, qılınc, şamdan, şamlıq, qədəh, möhür, ikona və s. olmaqla ümumilikdə 454 obyekt və 47 ədəd fil dişindən hazırlandığı təxmin edilən bilərzik formalı bəzək əşyası da ələ keçirilənlər arasındadır.
Əldə olunan tarixi və mənəvi dəyəri olan əsərlər mətbuat nümayəndələrinə göstərilib.
Məlumata görə, bu əsərlər müvafiq prosedurlardan sonra Vakıflar Baş Müdirliyi, İstanbul Arxeologiya Muzeyləri Müdirliyi, İstanbul Ayasofya Tarixi və Təcrübə Muzeyi ilə Türk və İslam Əsərləri Muzeyi Müdirliyinə təhvil veriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual