Elçin Yusubov: Xankəndidə bütün məscidlər dağıdılıb
Yusif Nəzərli
07:22 13.10.2025
Cəmiyyət
521
Maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsində, Xankəndi şəhərində işğal dövründə İslam mədəniyyətinə aid olan bütün məscidlər, pirlər, qəbiristanlıqlar, muzeylər və abidələr dağıdılıb, hazırda onlardan izi belə qalmayıb. Bu, yalnız Azərbaycan xalqına deyil, bütövlükdə bəşər mədəniyyətinə qarşı bir təcavüzdür.
Teleqraf xəbər verir ki, bu fikirləri Xankəndi şəhərində Qarabağ Universitetində “Mənəvi dəyərlər həftəsi” çərçivəsində keçirilən tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov səsləndirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, E.Yusubov həmçinin diqqətə çatdırıb ki, işğal dövründə ermənilər təkcə İslam abidələrini deyil, həm də Qafqaz Albaniyasına məxsus xristian məbədlərini saxtalaşdıraraq, onları erməni abidələri kimi təqdim etməyə cəhd göstəriblər.
Belə abidələrdən biri də Ağdərə rayonunun Vəngli kəndində yerləşən Gəncəsər məbədi olub. XIII əsrə aid bu alban monastırı XIX əsrə qədər Qafqaz Albaniyası Katolikosluğunun dini mərkəzi kimi fəaliyyət göstərib.
İşğal dövründə abidənin memarlıq quruluşu, interyeri və yazıları ermənilər tərəfindən dəyişdirilib, alban yazıları silinib. Məqsəd isə tarixi saxtalaşdırmaq olub. Bu gün işğaldan azad edilmiş ərazilərdə məscidlər. mədəniyyət mərkəzləri, kilsələr yenidən bərpa edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq