Ankara sakini Mustafa Akbıyık 34 ildir su içə bilmədiyini açıqlayıb.
Sherg.az xəbər verir ki, 79 yaşlı Akbıyık 1992-ci ildə sobalı evində həyat yoldaşı ilə birlikdə kömür zəhərlənməsi yaşadıqdan sonra sudan tiksindiyini bildirir və yalnız çay və qazoz içə bilir.
O, komadan çıxdıqdan sonra evdə hələ də kömür qoxusunun olduğunu və bundan sonra su içməyin onun üçün çətinləşdiyini deyib: “Bir damcı içirəm, amma iyrənirəm. Dərman içməli olarkən uşaqlar əllərimi və ayaqlarımı tutur.”

Akbıyık dərhal tibbi yardım almaq və su içə bilməməyinin səbəbini öyrənmək istəyir, suya hasrət qaldığını vurğulayıb.