Sabirabadda kişi meyiti tapılıb.
Axar.az lent.az-a istinadla xəbər verir ki, hadisə Zalqarağac kəndində baş verib.
Kənd sakini 37 yaşlı Novruz Rəfail oğlu Şahgəldiyevin meyiti yaşadığı evin həyətindəki yardımçı tikilidə aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir.
Araşdırma aparılır.