Ağcabədi rayonunda baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatı məlum olub.
Teleqraf-ın Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə rayonun Qaradolaq kəndində baş verib.
Məhəmmədəli Cəfərovun bıçaqladığı həyat yoldaşı Səbinə Cəfərovanın onun dayısı qızı olub.
Cütlüyün üç övladı var.
İlkin məlumata görə, hadisəyə ailədaxili mübahisə səbəb olub.
Hadisəni törədən Məhəmmədəli Cəfərovun daha sonra polis əməkdaşlarına təslim olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
14:29
Ağcabədi rayonunda kişi həyat yoldaşını bıçaqlayıb.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə rayonun Qaradolaq kəndində baş verib.
Kənd sakini Məhəmmədəli Cəfərov ailə münaqişəsi zəminində həyat yoldaşı Səbinə Cəfərovanı bıçaqlayıb.
O, Ağcəbədi rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Ağcəbədi rayon Polis Şöbəsində araşdırma aparılır.