Ağdaşda quldurluq və narkotik satışı ilə məşğul olan 8 nəfər saxlanılıb
Yusif Nəzərli
05:03 17.01.2024
Hadisə
384
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlərdə keçirilən əməliyyatlar zamanı üzərində qanunsuz odlu silah-sursat gəzdirən, quldurluq edən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 8 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında şöbənin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı üzərində odlu silah-sursat gəzdirmək şübhəli bilinən Kəlbəcər rayon sakini Nicat Yusifov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus patronlar və sandıqça aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxsin tapançanı bir müddət əvvəl tapdığı və polisə təhvil verməyərək özündə saxladığı məlum olub. N.Yusifovdan götürülmüş odlu silah-sursat ekspertizaya təqdim olunub və ekspertizanın da rəyinə əsasən silahın atəşə tam yararlı olduğu müəyyən edilib.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbiri nəticəsində isə taksi sürücüsünə qarşı quldurluq edən rayon sakini Araz Yusifov saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma zamanı məlum olub ki, A.Yusifov taksi fəaliyyəti ilə məşğul olan zərərçəkmişin avtomobilinə müştəri kimi əyləşərək Yevlax rayonundan Ağdaşa gəlib. Deyilən ünvana çatdıqda isə kəsici alətlə sürücüyə hədə-qorxu gələrək onun üzərində olan pulunu əlindən alıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı isə daha 6 nəfər saxlanılıb. Onlardan müxtəlif növ narkotik vasitələr aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial