Arvadını öldürən hakim 10 il müddətinə azadlıqdan məhrum edildi
Yusif Nəzərli
14:24 30.09.2021
Hadisə
712
Bakıda arvadını öldürən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında Fəqan Əhmədova verilən ittihamların məhkəmə istintaqı zamanı sübut olunduğunu bildirərərək təqsirləndirilən şəxs Fəqan Əhmədovun 11 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.
Dövlət ittihamçısının çıxışına münasibət bildirən vəkillər bildirib ki, təqsirləndirilən şəxs dəfələrlə hadisənin ehtiyatsızlıq səbəbindən törədildiyini qeyd edib. Həmçinin müdafiəçilər dövlət ittihamçısının çıxışı ilə razı olmadıqlarını, müvəkkillərinin bu günə qədərki fəaliyyətini və himayəsində azyaşlı övladlarının olduğunu əsas gətirərək məhkəmədən ədalətli hökm çıxarılmasını xahiş ediblər.
Daha sonra məhkəmə təqsirləndirilən şəxsə son söz verib. F.Əhmədov çıxışında verilən ittihamla razı olmadığını bildirib:
“Qəsdən kimisə öldürmək üçün əvvəldən beynində plan qurmalısan. Bu hadisə sadəcə, yersiz və şit bir zarafatın nəticəsi idi. Mən Pərvanəni sevirəm və son nəfəsimə kimi də belə olacaq. Mən heç vaxt onun başından bir tük də əksik olmasını istəməmişəm. Xahiş edirəm ədalətli qərar qəbul edəsiniz”.
Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra prosesdə hökm oxunub. Hökmə əsasən, Fəqan Əhmədov 10 il azadlıqdan məhrum olunub.
Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun həbs müddəti 2021-ci il may ayının 30-dan hesablanacaq.
Qeyd edək ki, Baş prokurorluğun məlumatına görə, bu il mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.
İstintaqla Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Əhmədov Fəqan Rövşən oğlunun 30 may 2021-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivində birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fəqan Əhmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm