Bakı metrosunda kişi qatar yoluna tullandı

25 sentyabr saat 17:53-də Bakı metropoliteninin “Memar Əcəmi” – “20 Yanvar” mənzilində sərnişin(kişi) qatar yoluna tullanıb.

Bu barədə Axar.az-a ”Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

“Hadisə ilə əlaqədar dərhal yolun təmas relsindən gərginlik çıxarılıb. Sərnişin təlimata uyğun qatar yolundan çıxarılaraq polis əməkdaşlarına təhvil verilib.

13 dəqiqə sonra, saat 18:06-da gərginlik bərpa olunub.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Hadisə baş verən Yaşıl xətt üzrə qatarların hərəkət intervalında hazırda hər hansı yubanma müşahidə olunmur”, - deyə qeyd edilib.