Bakıda anbarda güclü yanğın başladı - FOTO

Paytaxtın Xətai rayonunda, “NZS” ərazisində təkər tullantıları yığılmış anbarda yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən Sherg.az bildirilib ki, hazırda yanğın baş vermiş əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınla mübarizə tədbirləri davam etdirilir.