Bakıda intihara cəhd edən hər iki nəfər xilas edilib - YENİLƏNİB-2
09:10 30.07.2019
Hadisə
641
Bakıda intihara cəhd edən hər iki şəxs xilas edilib.
APA -nın hadisə yerində olan əməkdaşının verdiyi xəbər görə, avtomobil yolunun üzərində quraşdırılmış dəmir konstruksiyanın üzərinə çıxaraq intihar edəcəyini bildirən şəxslərdən digəri də aparılan psixoloji söhbət nəticəsində aşağı enməyə razı olub.
Faktla bağlı araşdırma aparılır
***
12.31
Bakıda intihara cəhd edən iki nəfərdən biri xilas edilib.
APA -nın hadisə yerində olan əməkdaşının verdiyi xəbər görə, avtomobil yolunun üzərində quraşdırılmış dəmir konstruksiyanın üzərinə çıxaraq intihar edəcəyini bildirən şəxslərdən biri aparılan psixoloji söhbət nəticəsində aşağı enməyə razı olub.
Hazırda digər şəxsin intihara cəhdinin qarşının alınması istiqamətində tədbirlər görülür.
12.23
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nizami rayonunda 2 nəfərin avtomobil yolunun üzərində quraşdırılmış dəmir konstruksiyanın üzərinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.
Nazirlikdən APA -ya bildirilib ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Hazırda xilasedicilər tərəfindən intihara cəhdin qarşısının alınması üçün zəruri tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
12.14
Bakıda 2 nəfər intihara cəhd edir.
APA -nın məlumatına görə, Nizami rayonu, Mikayıl Əliyev küçəsində iki kişi yolun üzərindəki dəmir konstruksiyaya çıxaraq özünü atacağını bildirib. Hadisə yerinə hüquq-mühafizə orqanları və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial