Bakıda mənzildə partlayış: Xəsarət alanlar var

Bakı şəhərinin Nizamı rayonunda partlayış baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Elşən Süleymanov küçəsində yerləşən çoxmərtəbəli binada baş verib. 
Belə ki, yaşayış binasında baş verən partlayış nəticəsində evdə olan iki nəfər xəsarət alıb. Xəsarət alanlardan biri qadın, digəri isə azyaşlı imiş.
Qeyd edək ki, qadın hamilədir.
Onlar dərhal Respublika Yanıq Mərkəzinə yerləşdirilib.