Bakıda taksi sürücüsünün qazancı müzakirə yaratdı - VİDEO

Taksi sürücüsünün gündəlik iş rejimi və qazancı ilə bağlı açıqlaması sosial şəbəkələrdə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sürücü səhər saat 7-dən sükan arxasında olduğunu və gün ərzində fasiləsiz çalışdığını bildirib. O, iş gününün sonunda evə olduqca yorğun vəziyyətdə çatdığını deyib.

"Səhər tezdən, saat 7-dən sükan arxasında oluram, düz axşama qədər maşın sürürəm. Axşam o vəziyyətdə çatıram ki, evdəkilərə zəng edirəm, onlar gəlib məni götürürlər. Səni oturacaqdan qoparıb..." - deyə sürücü bildirib.

Onun sözləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Açıqlamada taksi sürücülərinin uzun iş saatları və günün sonunda qazancı müzakirə yaradıb.

VİDEO