Bakıda xanıma qarşı nalayiq ifadələr işlədən kişi həbs edildi

Bakının Səbail rayonunda qeyri-etik hərəkətlər edən 37 yaşlı kişi həbs edilib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Sabirabad rayon sakini, 1989-cu il təvəllüdlü Faiq Babayev (ad-soyad şərti verilib – red.) Tarqovu adlanan ərazidə, Fəvvarələr Meydanında xanıma qarşı nalayiq ifadələr səsləndirib.

Bu zaman polis əməkdaşları onu polis bölməsinə dəvət edərək onların qanuni tələblərinə tabe olmayıb.

Babayevin barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1 (xırda xuliqanlıq) və 535.1-ci (Polisin qanuni tələblərinə tabe olmama) maddəsi ilə iş qaldırılıb.

Səbail Rayon Məhkəməsinin qərarı ilə o, 1 ay müddətinə həbs edilib.