Balıkəsirdə dram: azərbaycanlı Vəsilə oğlu tərəfindən bu evdə öldürülüb...
08:01 22.12.2019
Hadisə
437
Türkiyənin Balıkesir vilayətinin Edermit qəsəbəsində azərbaycanlı qadın oğlu tərəfindən öldürülüb.
virtualaz.org bildirir ki, hadisə ötən cümə günü baş verib. Edermit qəsəbəsinin ucqar Yaşyer məhəlləsində yaşayan 45 yaşlı Vəsilə Yaşarla oğlu E.Y. arasında mübahisə yaranıb. Daha sonra oğlu anasının halının pisləşdiyini deyərək yaxınlarından yardım istəyib. Ətrafda yaşayanların və qohumlarının köməyi ilə hamamın qarşısında yıxılıb huşsuz qalan qadın həyətə çıxarılıb, təcili yardım çağırılıb. Hadisə yerinə gələn təcili yardım işçiləri qadının keçindiyini təsbit ediblər, hadisə barədə jandarmaya məlumat verilib.
Vəsile Yaşarın cənazəsi tibbi ekspertizadan sonra Yaşyer məhəlləsinin qəbiristanlığında dəfn edilib. Oğlu isə jandarmaya hadisənin necə baş verdiyinə dair ziddiyətli ifadələr verib, o saxlanılıb və məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.
Vəsile Yaşarın anası, Azərbaycan vətəndaşı Gülxanım Kazma qızının nəvəsi tərəfindən öldürüldüyünü bildirib. "Mənim qızımı qətl etdilər, şəhid etdilər övladımı. Övladımın qatili oğludur. Bunu hər yerdə yayınlayın, bilsinlər. Tez-tez dava-dalaş edirdilər. Qoy nə cəzası varsa çəksin",-qadın jurnalistlərə bildirib.
Vəsilə Yaşarın qaynı və qonşusu Nizamettin Yalçın isə deyib ki, hadisə haqda ilk dəfə E.Y. ona xəbər verib: "Anama nəsə olub dedi, tez evə qaçdım. Hamada arxası üstə uzanmış haldadıydı, çölə çıxardım. Sonra kənd sakinlərinə xəbər verdim. Təcili yardım çağırdıq, gəldilər, tibb işçiləri artıq öldüyünü təsbit etdilər. Alnında yara izi vardı, şişmişdi. Jandarma oğlunu həbs etdi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət