Baş Prokurorluq qadının qətlinə görə tutulan şəxsə bəraət qərarı ilə bağlı açıqlama yayıb
Yusif Nəzərli
07:34 29.12.2023
Hadisə
423
Bəzi kütləvi informasiya vasitələrində Şəki Apellyasiya Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən İsmayılov Polad Şəmsəddin oğluna bəraət verilməsinə dair məlumatlar yayılmaqdadır.
Baş Prokurorluğun bununla bağlı yaydığı açıqlamada qeyd olunub ki, Zaqatala rayon sakini Əyyubova Seyran Şakir qızının yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkarlanması faktı ilə əlaqədar 24.02.2011-ci il tarixdə Zaqatala rayon prokurorluğunda cinayət işi başlanıb və cinayət işi üzrə istintaq zamanı əldə edilmiş sübutlar əsasında 27.02.2020-ci il tarixdə Polad İsmayılova Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi ittiham aktı ilə baxılması üçün məhkəməyə göndərilmiş və Şəki Ağır Cinayətlər Məhkəməsinin 09.04.2021-ci il tarixli hökmü ilə Polad İsmayılov həmin maddə ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin 10.02.2022-ci il tarixli qərarı ilə müdafiə tərəfinin apellyasiya şikayəti təmin edilməyib və hökm qüvvəsində saxlanılıb.
Ali Məhkəmənin 25.04.2023-cü il tarixli qərarı ilə müdafiə tərəfinin kassasiya şikayəti qismən təmin edilib cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edildikdən sonra Şəki Apellyasiya Məhkəməsinin 28.12.2023-cü il tarixli hökmü ilə Polad İsmayılova təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə bəraət verilib.
Müvafiq hökm prokurorluğa daxil olduqdan sonra cinayət işi üzrə ittihamedici və bəraətverici sübutlar bir daha təhlil olunaraq qiymətləndirilməklə kassasiya protestinin verilib-verilməməsi barədə obyektiv qərarın qəbul edilməsi təmin ediləcək.
Baş Prokurorluq tərəfindən kütləvi informasiya vasitələrinə həmin müddət ərzində bu kimi həssas məsələlərlə əlaqədar məlumatların yayılması zamanı diqqətli olmaq, habelə cinayət işi üzrə zərərçəkmiş tərəfin hüquqlarına hörmətlə yanaşılması tövsiyə olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət