Başı kəsilən gənc qadının qayınanası: "Qardaşı onu buna görə öldürə bilərdi" - VİDEO
18:08 25.11.2019
Hadisə
1147
“Aytən qardaşı ilə görüşə gedəndə dedim tək getmə, məni eşitmədi”. Bu sözləri Lent.az -a dünən vəhşicəsinə öldürülən 20 yaşlı Aytən Fərzalıyevanın qayınanası Gülbəniz Kərimova deyib. Onun sözlərinə görə, Aytən bu il ərzində 3 dəfə qardaşı ilə görüşüb. İlk görüş ilin əvvəlində olub və dünən reallaşan sonuncu görüşdə ölkə gündəmini silkələyən qətl hadisəsi baş verib:
“Aytən nə qədər çətin, çıxılmaz vəziyyətdə olub, amma qardaşı ona kömək etməyib. Neçə dəfə zəng edib ki, bəs kirayə pulunu verə bilmirik, oğlumu güclə saxlayıram, kömək əli uzat. Gah deyib Qazaxıstanda yarışdayam, gah da deyirdi başım qarışıqdı. Qardaşı idman müəllimidir. Heç vaxt nə qardaşı, nə də atası Aytəni yadlarına salmayıblar. Gəlinim neçə dəfə dedi ki, qardaşım mülayimləşib, gedim görüşüm. Mənə köməklik göstərəcək. Dedim qızım, o sənə qarşı heç vaxt yaxşı olmayıb, inanma ona. Eşitmədi məni. İlk dəfə bu ilin əvvəli görüşdülər. Qızım da yanlarında idi. İkinci dəfə də bir müddət əvvəl görüşmüşdü. Dünən səhər qardaşı ilə İnstagramda yazışıblar. Aytən mənə dedi ki, bəs qardaşım düzəlib, onunla görüşəcəm əvvəlcə gedib ana və bacımızın qəbrini ziyarət edəcəyik. Sonra isə mənim sənədlərimi “Jek”dən arayış alıb düzəltdirəcək. Yenə dedim qızım inanma, tək getmə. Eşitmədi məni və çıxdı getdi görüşə. Sonra da eşitdik ki, Babək qəbiristanlıqda Aytənin başını kəsib”.
“Oğlumdan da imtina etmişəm. Aytəni və nəvəmi götürüb saxlayırdım”.
Gülbəniz Kərimova həmçinin Aytənlə oğlu Ümid Kərimlinin necə tanış olmalarından, ailə münasibətlərindən də danışıb. O, bildirib ki, oğlu ailəyə baxa bilmədiyi üçün tez-tez söz-söhbətlər olurdu:
“Bir dəfə oğlum Ümid dedi ki, ana bəs bir qızla tanış olmuşam, bəyənirəm. Yetim qızdır. Dedim nə olar gətir evimizə, tanış olaq. Toy da etməmişdik. Oğlum dönərxanada işləyirdi. Bir-iki dəfə də türmədə olub. Son vaxtlar işləmirdi, ailəyə baxmırdı. Avaralıq edirdi deyə mən də artıq onu silmişəm. Nəvəm olanda Aytən işləmək istədiyini dedi və bundan sonra Ümidlə münasibətləri pozuldu. Gördüm ki, vəziyyət düzələn deyil, Aytəni və nəvəmi götürüb özüm saxladım. Bunu qonşular da bilir. Aytən də evə maddi cəhətdən kömək etmək üçün İçərişəhərdə ailəvi restoranda, dönərxanalarda, çayxanalarda işləyirdi. Özüm təkbaşına 5 uşaq böyütmüşəm. 2 qızım və 3 oğlum var idi. Birini daha oğlum saymıram. Ən balaca oğlum 5-ci sinifdə oxuyur”.
O deyib ki, Aytənin əxlaqlı qız olduğunu və hadisənin hansı səbəbdən baş verdiyini bilmədiyini deyib. Lakin qayınana ikinci görüşün məlum hadisəyə səbəb ola biləcəyini düşündüyünü gizlətməyib:
“Aytəngilin Yasamalda evləri var. 2014-cü ildə onun anası və bacısı intihar etdilər. Bir müddət sonra isə ona qarşı olan zorakılıqlara görə, Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə Aytəni sığınacağa götürdü. Oğlumla yaşayandan sonra əvvəlcə 6-cı mikrorayonda kirayədə qalıblar. Sonra imkanları olmadığı üçün oğlum dedi “Ana kirayəni ödəyə bilmirik, gəlib sizdə qalaq”. Mən də etiraz etmədim. Gəldilər Binəqədidə mənim şəxsi evimdə yaşadılar. Nə Aytənin, nə də nəvəmin sənədləri yoxdur. Aytənin nə səbəblə öldürüldüyünü bilmirəm. Heç nə ağlıma gəlmir ki, hansı səbəblə qardaşı onu öldürsün. Lakin ikinci dəfə görüşdə Aytən Yasamaldakı evlərindən də ona pay düşdüyünü demişdi. Belə ehtimal edirəm ki, ola bilsin elə ev bölgüsünə görə, qardaşı Babək onu öldürüb”.
Sonda Gülbəniz Kərimova hələ də meyitin onlara verilmədiyini bildirib: - “Getdik müraciət elədik ki, gəlinimin meyitini verin. Aparıb dəfn edək. Dedilər hələ olmaz, gedin zəng edəcəyik”.
Bundan əlavə qayınana heç olmasa nəvəsinin onunla qalmasını istədiyini qeyd edib: “Nəvəmi hazırda özüm saxlayıram. Ancaq onun tamam qanuni formada məndə qalması üçün gərək Kəmalə Ağazadə uşağın sənədlərini versin. Çox xahiş edirəm nəvəmin sənədləri tezliklə mənə verilsin və heç olmasa nəvəm mənimlə qalsın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi