Bərdədəki qadın qətlinin təfərrüatı - Ər qaynına deyib ki...
13:43 06.09.2021
Hadisə
622
Sentyabrın 6-da saat 15 radələrində Bərdə rayonu Muğanlı kənd sakini 1997-ci il təvəllüdlü Təranə Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Bərdə Rayon Prokurorluğunundan verilən məlumata görə, Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilmişdir.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1988-ci il təvəllüdlü Tural Mustafayevin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Təranə Mustafayevaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.
Tural Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
-------
17:04
Qafqazinfonun məlumatına görə, qətlə yetirilən qadının iki azyaşlı övladı olub. Cinayət hadisəsi də parkda uşaqların gözü qarşısında baş verib. Həmin zaman qızın qardaşı da orada olub. T.Mustafayev qaynına deyib ki, həyat yoldaşı ilə söhbət etmək istəyir və onlara bir neçə dəqiqə təklikdə danışmaq üçün vaxt verməsini istəyib. Cütlük kənara çəkildikdən sonra T.Mustafayev üzərində gəzdirdiyi bıçaqla arvadını qətlə yetirib.
--------
16:22
Bərdə rayonunda ər arvadını öldürüb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə bu gün rayonun mərkəzində yerləşən parklardan birində baş verib.
Rayonun Muğanlı kənd sakini, 25 yaşlı Tural Mustafayev həyat yoldaşı Təranə Mustafayevanı ürəyindən və boynundan bıçaq zərbəsi vuraraq qətlə yetirib.
Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya