Beyin əməliyyatı həyatını dəyişdi: Birdən Türk dilini unutdu
10:36 25.04.2025
Hadisə
452
Konyada beyninin sol tərəfinə laxtalanma düşən 67 yaşlı Rahmi Kandemir, əməliyyatdan sonra türkcəni unudub. Danimarka dilində danışmağa başlayan yaşlı kişinin vəziyyəti tibbi ədəbiyyatda nadir rast gəlinən hallardan biri kimi qiymətləndirilir.
Sherg.az xəbər verir ki, Danimarkada 20 il yaşadıqdan sonra 10 il əvvəl Konyaya köçən, 7 uşaq atası olan 67 yaşlı Rahmi Karademir, ötən həftə Selçuk Universiteti Tibb Fakültəsi xəstəxanasının Ortopediya şöbəsində dizindən əməliyyat olunub.
Əməliyyatdan iki gün sonra Karademirdə qəfil olaraq sağ qol və ayaqda gücsüzlük (iflic) və nitq pozğunluğu yaranıb və təcili qiymətləndirməyə alınıb.
Aparılan müayinələr zamanı Karademirin beyninin sol tərəfindəki əsas damarlardan birində laxtalanma olduğu və damarın tutulduğu müəyyən olunub.
Təcili anjioqrafiya edilərək laxta təmizlənib. Əməliyyatdan sonra şikayətləri böyük ölçüdə azalan Karademirin Danimarka dilində danışmağa başlaması, xüsusilə başda həyat yoldaşı olmaqla ətrafındakı hər kəsi təəccübləndirib.
Türkcə danışa bilmədiyi üçün təşvişə düşən Karademirin illərdir istifadə etmədiyi dili yenidən danışmağa başlaması mütəxəssislərin də diqqətini çəkib.
Laxtanı təmizləyən Selçuk Universiteti Tibb Fakültəsi xəstəxanasının Neyrologiya Bölməsinin müəllimi Prof. Dr. Gökhan Özdemir əməliyyatdan sonra təəccüblü bir vəziyyətlə qarşılaşdıqlarını bildirib.
“Xəstənin gündəlik həyatında istifadə etdiyi türkcəni danışa bilmədiyini, lakin artıq unutduğunu düşündüyümüz danimarka dilini danışmağa başladığını müşahidə etdik. Bu vəziyyət tibb ədəbiyyatında nadir hallarda rast gəlinən bir nümunədir,” – deyə bildirən Özdemir əlavə edib: “Bir neçə dil bilən şəxslərdə beyin damar tıxanıqlığı və ya qanaxmasından sonra bəzi dillər unudula, əvvəllər istifadə edilməyən dillər isə yenidən ortaya çıxa bilər.”
Özdemir bildirib ki, gələcək dövrdə xəstənin türkcə danışmasının yenidən mümkün olacağını və dil qabiliyyətinin bərpa oluna biləcəyini gözləyirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Belarusda "yarıtmaz işçilər" hərbi təlim düşərgəsinə göndəriləcək
05:25 23.07.2026
Dünya
Məşhur türk müğənni dənizdə yaşamağa başladı
04:40 23.07.2026
Şou
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya