Beyləqanda küçədə odlu silahlar tapılıb
Yusif Nəzərli
06:22 08.01.2024
Hadisə
258
Beyləqan rayonunda polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb, digər tədbirlərlə isə silah-sursat aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Namət Əhmədli saxlanılıb. Onun üzərində və yaşadığı ünvanda müvafiq axtarış aparılarkən 2 kiloqramdan artıq marixuana və 17 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb. O, dindirilərkən narkotik vasitələrin onlayn olaraq satışı ilə məşğul olduğunu etiraf edib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Polis əməkdaşları tərəfindən keçirilən digər tədbirlər zamanı silah-sursat aşkar edilərək götürülüb. Belə ki, ilk olaraq rayon ərazisindəki məişət tullantılarının atıldığı ərazidən 1 ədəd "Kalaşnikov AK-74" markalı avtomat, ona məxsus daraq və 22 ədəd patron, 2 ədəd "Toz" markalı tüfəng aşkarlanaraq götürülüb. Bundan əlavə, rayon sakinindən müvafiq sənədləri olmayan ov silahı da aşkar edilərək götürülüb. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət