Beyləqanda son bir ayda it dişləmiş 47 nəfər xəstəxanaya müraciət edib

Beyləqanda son bir ayda 47 nəfər it dişləməsi səbəbindən xəstəxanaya müraciət edib.

Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, müraciət edənlər arasında həm uşaqlar, həm də yuxarı yaşlı sakinlər var.

Həkimlər bildirirlər ki, dişləmə nəticəsində yaranan xəsarətlər vaxtında tibbi müdaxilə ilə müalicə olunur.

Mütəxəssislər vətəndaşları heyvanlarla təmas zamanı diqqətli olmağa çağırır, dişləmə və ya xəsarət hallarında dərhal tibbi yardım üçün səhiyyə müəssisəsinə müraciət etməyi tövsiyə edirlər.