Bu nazirlikdə rəhbər vəzifələrə təyinatlar oldu
16:38 11.08.2023
Hadisə
346
Ədliyyə Nazirliyinin idarəçilik mexanizmləri təkmilləşdirilir, bir sıra rəhbər vəzifələrə təyinatlar olub.
Bu barədə Axar.az-a Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ədliyyə sahəsində aparılan islahatlar çərçivəsində Ədliyyə Nazirliyi Aparatının yeni strukturu təsdiq olunub:
"Belə ki, ədliyyə nazirinin əmri ilə nazirliyin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi vəzifəsinə Cavid Hüseynov təyin edilib. C.Hüseynov 2000-ci ildə ədliyyə orqanlarında işə başlayıb, sonradan Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri olub, II dərəcəli dövlət müşaviridir. Məhkəmə-Hüquq Şurasının və nazirliyin Kollegiyasının üzvüdür. C.Hüseynov Məhkəmə-Hüquq Şurasında və Hakimlərin Seçki Komitəsində səmərəli fəaliyyətinə görə orden və medallarla təltif olunub. Eyni zamanda ədliyyə nazirinin digər əmri ilə Məhkəmə Ekspertizası Mərkəzinin rəisi vəzifəsinə hakimlik təcrübəsi və əvvəllər də bu qurumda çalışması nəzərə alınaraq III dərəcəli dövlət ədliyyə müşaviri Elçin Qasımov təyin edilib. E.Qasımov nazirliyin aparatında müxtəlif məsul vəzifələrdə işləyib, sonradan nazirlikdə baş idarə rəisi vəzifəsində çalışıb. Bundan başqa, Ədliyyə Nazirliyinin bir sıra yerli icra və probasiya, həmçinin qeydiyyat qurumlarında da rəhbər vəzifələrə təyinat aparılıb".
A.Sabitova həmçinin bildirib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq ədliyyə orqanlarında müasir düşüncəli və hazırlıqlı gənclərin qulluğa qəbuluna xüsusi önəm verilir: "Bununla bağlı seçim prosesi fasiləsiz aparılaraq davamlı müsabiqələr keçirilir və qulluğa qəbul olunmuş gənc ədliyyə işçilərinin hərtərəfli peşəkar inkişaflarına daim diqqət yetirilir. Növbəti bir qrup namizədlərlə keçirilmiş sonuncu imtahandan uğur qazanmış 60-dan çox hüquqşünasla hazırda müsabiqənin növbəti mərhələsinin keçirilməsinə başlanılacaq. Penitensiar Xidmətdə də kadr işinin təşkili yeni çağırışlara uyğun təkmilləşdirilir. Xidmətin kadr korpusunun müsabiqə və şəffaflıq əsasında zəruri peşə keyfiyyətlərinə malik işçilərlə komplektləşdirilməsi məqsədilə vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin də üzvü olduğu qulluğa qəbul üzrə Müsabiqə komissiyasının genişləndirilmiş yeni tərkibi təsdiqlənib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət
Ermənistan baş nazirliyinə namizəd FSB əməkdaşı çıxdı - FOTO
17:24 19.05.2026
Region
Hörmüzdəki risklər dünyanın diqqətini Azərbaycana yönəldib - ŞƏRH
17:14 19.05.2026
Gündəm
ABŞ-nin İranda vuracağı hədəflər açıqlandı
17:03 19.05.2026
Gündəm