Cəlilabadda bazarda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Cəlilabad rayonunun Göytəpə şəhərində bazarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əlavə məlumat veriləcək.

17:01

Cəlilabad rayonu Göytəpə şəhər bazarında baş verən yanğın lokallaşdırılıb.

“Report” xəbər verir ki, hazırda soyutma işləri aparılır.

İlkin məlumata görə, yanğın nəticəsində 20-yə yaxın mağazaya ziyan dəyib.

Ümumilikdə hadisə yerinə Cəlilabaddan 4, Masallıdan 2, Biləsuvardan 1 və Salyandan 1 yanğınsöndürən maşın cəlb edilib.

Hazırda hadisənin səbəbləri və dəyən ziyanın məbləği araşdırılır.

15:52

Cəlilabadda Göytəpə şəhər bazarında yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Cəlilabad rayonunun Göytəpə şəhərində bazarda yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.