Daşkəsəndə 46 yaşlı kişi avtomobillə vurulub, sonra küt alətlə döyülüb

Daşkəsən rayonunda 46 yaşlı kişi avtomobillə vurulub, sonra isə küt alətlə döyülüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Quşçu kəndində qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü A.Alıyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.