Dəhşətli vandalizm: Məzar əşyaları oğurlandı, bayrağın üstündə gəzdilər

Türkiyənin Adana şəhərində gənc yaşda vəfat edən polis əməkdaşı Sude Sarıkayanın məzarına edilən oğurluq və vandalizm hadisələri təhlükəsizlik kameralarına əks olunub.

Sherg.az xəbər verir ki, ağrılı ana Duru Sarıkaya göz yaşları içində məzara edilən hörmətsizliyi pisləyib.

Sude Sarıkaya, 22 yaşında, 2024-cü il noyabrın 2-də İzmirin Foça bölgəsində dünyasını dəyişmiş və Adana, Buruk qəbiristanlığında atasının yanında dəfn olunmuşdu. Ana, məzarı oyuncaq və dekorativ fiqurlarla bəzəyərək qorumağa çalışmışdı.

Ancaq məzarın talan olunması səbəbindən ana təhlükəsizlik kamerası quraşdırmışdı. Buna baxmayaraq, 4 nəfərlik bir qrup həm məzar əşyalarını oğurlayıb, həm də məzara ziyan vurmuşdur. Hadisə kameraya saniyə-saniyə düşüb.

Duru Sarıkaya yaşananları belə ifadə edib:

"Məzarı dağıdıb, bayrağı təpəyə qoyublar, bizim baxa bilmədiyimiz halda üstündə gəzirlər. O bizim hər şeyimiz idi, mən onu atası olmadan böyütmüşdüm. Çiçəkləri və oyuncaq fiqurları oğurlayıblar, qırıb dağıdıblar. Öncədən də belə hallar olmuşdu, ona görə kamera quraşdırmışdıq. Bayraq üzərində gəzdikləri üçün kameranı qoyduq. Allah bəlalarını versin."

Hadisə ilə bağlı araşdırma başlandığı bildirilib.