Dişləri çözdü:Hitlerin ölümünün sirri açıldı
Yusif Nəzərli
21:30 28.03.2023
Hadisə
669
Kəllə sümüyündəki dəlik güllədən qalma nişanədir
Dünyanı bir zamanlar qan çanağına döndərən Faşist Almaniyasının lideri Adolf Hitlerin ölümü hələ də ən çox müzakirə olunan mövzulardan biridir. Adolf Hitler həqiqətənmi özünə qəsd etmiş, başına güllə çaxaraq həyatını özü sonlandırmışdı, yoxsa bəzi mənbələrdə xəbər verildiyi kimi, gizli şəkildə ölkəsini tərk edərək hansısa başqa bir ölkəyə (gah Argentina deyildi, gah Antarktida) qaçmış, uzun illər yaşamışdı? Rusiya Dövlət Arxivində bir müddət çalışmış fransız alimlər orada saxlanan qalıqlar üzərində tədqiqat apararaq nasist diktatorun ölüm səbəbini ortaya çıxarıb, Hitlerin necə öldüyünə dair şübhələrə aydınlıq gətirib.
“Şərq” “Milliyet.com.tr”yə istinadən bildirir ki, tarixi mənbələrə görə, məğlubiyyətin qaçılmaz olduğunu nəhayət dərk edən Hitler həyat yoldaşı Yeva Braunla birlikdə qaldığı yeraltı sığınacaqda həyatlarına son vermək qərarına gəlib. Cütlük 1945-ci ilin 30 aprelində otaqlarına qapanaraq siyanur kapsulu qəbul edərək həyatlarını sonlandırıblar. Adolf Hitler kapsulu dişlədikdən sonra tapança ilə öz başına atəş açıb, bununla da ölümünü tezləşdirib. Hitlerin və Yeva Braunun cəsədləri sovet əsgərlərinin əlinə keçməsin deyə, sığınacaqdakı zabitlər tərəfindən yandırılıb. Bundan əvvəl İtaliyada faşist hakimiyyətinin rəhbəri Benito Mussolini öldürülmüşdü, cəsədi də bütün camaata nümayiş olunmuşdu. Hitler də ölümündən sonra eyni aqibəti yaşamasın deyə, cəsədinin yandırılımasını tələb edib, kimsənin əlinə keçməsin deyə. Sovet ordusu Berlindəki həmin sığınacağı ələ keçirdikdə Hitlerin yanmış cəsədiylə qarşılaşıb. Lakin cəsədin, həqiqətən də, Hitlerə mənsubluğunun isbatı lazım gəlib. Buna görə də cəsədin qalıqları Moskvaya aparılıb. Moskvada aparılan tibbi ekspertiza cəsədin Adolf Hitlerə mənsub olduğunu təsdiqləyib. Lakin yenə də faşist liderinin ölmədiyi, haradasa yaşadığı şayiələri dolaşmaqda davam edib. Fransız alimlər bu şayiələrə son qoymaq üçün Hitlerin Risiya Dövlət Arxivində saxlanan cəsədinin qalıqları – kəllə sümüyü və dişləri üzərində tədqiqat aparmağa qərar verib. 2018-ci ilin mayında “European Journal of Internal Medicine” dərgisində tədqiqatın sonucları açıqlandı. Tədqiqat qrupunun üzvü Philippe Charlier “dişlər gerçəkdir və Hitlerə aiddir. Bu məsələdə şübhələrə yer qalmır” , açıqlamasını verib. Hitlerə məxsus olduğu təsdiqlənmiş kəllə sümüyündəki dəliklə bağlı da həqiqətlər ortaya çıxıb. Məlum olub ki, kəllə sümüyündəki dəlik güllədən qalma nişanədir. Hitlerin ölümündən əvvəl çəkilən radioqrafiya fotosu ilə kəllə sümüyü tutuşdurulub və kəllə sümüyünün Hitlerə aid olduğu təsdiqlənib. Dişlər üzərində aparılan tədqiqat isə maraqlı detallar ortaya çıxarıb. Hitlerin dişlərində ət lifi izlərinə heç rast gəlinməyib. Bu isə onun vegetarian olduğunu sübut edir.
Bundan başqa dişlərin üzərində ağ tartar sousunun izləri tapılıb. Və məlum olub ki, Hitlerin bütün dişləri protez imiş. Dişlər üzərindəki mavi ləkələrin siyanur – sianid zəhərinə aid olması, yoxsa cəsədin yanması nəticəsində əmələ gəlməsiylə bağlı isə dəqiq cavab yoxdur. Dəqiq olan Hitlerin öldüyüdür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanın özünü ərzaqla təminetmə səviyyəsi bəlli oldu
17:15 23.10.2026
İqtisadiyyat
İran PA: Mühasirə səbəbindən ölkənin idxalı 25 faiz azalıb
17:12 23.10.2026
Dünya
İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək
16:58 23.10.2026
Gündəm
Yasamalda piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb - FOTO
16:56 23.10.2026
Hadisə
Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen
16:52 23.10.2026
Dünya
Putini təbrik edən ukraynalı deputata cinayət işi açıldı
16:39 23.10.2026
Dünya
İordaniyada kilsəyə silahlı hücum olub, 7 nəfər ölüb
16:29 23.10.2026
Dünya
Bəluclar Azərbaycana dəstək bəyanatı yaydı
16:24 23.10.2026
Gündəm
Əfqan Sadıqovun məhkəməsi başlayıb
14:26 23.10.2026
Cəmiyyət
Hindistan və Azərbaycan bu barədə razılığa gəldi
14:17 23.10.2026
Gündəm
Rusiya dizel yanacağının ABŞ-a tədarükü başlayıb
14:01 23.10.2026
Dünya
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb
13:56 23.10.2026
Gündəm
Hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir
13:44 23.10.2026
Hərbi
Şenol Günəşdən Sergen açıqlaması: “...Zaman göstərəcək”
13:32 23.10.2026
Futbol