Dövlət Xidməti ADY barədə iş qaldırdı
Yusif Nəzərli
06:30 15.01.2024
Hadisə
396
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycan Dəmir Yolları QSC barədə iş qaldırıb.
Bu barədə Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, quruma səhmdar cəmiyyətin infrastrukturu vasitəsilə fəaliyyət göstərən bir neçə ekspeditor (özəl nəqliyyat) şirkətlərindən müraciətlər daxil olub. Müraciətlərdə “Azərbaycan Dəmir Yolları”nın həmin şirkətlərə qarşı haqsız rəqabətə və ayrı-seçkiliyə yol verdiyi, bazar subyektləri ilə əməkdaşlıqdan əsassız olaraq imtina etdiyi bildirilib.
Daxil olan məlumatlar əsasında Dövlət Xidməti bu istiqamətdə antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyəti üzrə araşdırma aparıb.
Araşdırma nəticəsində “Azərbaycan Dəmir Yolları” barədə bazarda rəqabətin məhdudlaşdırılması, rəqibin işgüzar münasibətlərinin qanunsuz vasitələrlə qəsdən pozulması və dayandırılması, kontragentə sərfəli olmayan və yaxud müqavilələrin məzmununa aid olmayan müqavilə şərtlərinin ona məcburi qəbul etdirilməsi və təsərrüfat qərarlarının icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi əlamətləri üzrə antiinhisar qanunvericiliyinə əsasən iş qaldırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial