Əlləri ilə arvadını boğdu
Məlahət Rzayeva
08:56 02.04.2021
Hadisə
632
“Məndən sonra heç kimə ərə getməyəcəksən!”
Həyat yoldaşını boğdu, meyitin başında 3 saat gözlədi. O öldükdən sonra həyat yoldaşı bir başqası ilə ailə qurmasın deyə, onu əlləriylə boğan kişi bunun izahını ağır xəstəliyə yaxalanmasıyla izah edib. Hadisə Türkiyənin İzmir şəhəri, Çigil Balatcıq məhəlləsindəki binalardan birində baş verib. Çətir təmirçisi Sərkan Önal 32 yaşlı həyat yoldaşı Ceyda Önalı əlləriylə boğub.
Gözaltına alınan Sərkan Önal cinayəti etiraf edib. Və deyib ki, ölümcül xəstəliyə yaxalanmaqdan və ölərsə həyat yoldaşının başqa biriylə evlənə biləcəyindən qorxduğu üçün onu öldürüb. Qızları Ceyda Önaldan xəbər ala bilməyən ailəsi axşam 20:00 radələrində onun yaşadığı mənzilə gəlib.
Qapını kimsə açmadığından çilingər çağırıblar və o, qapını açıb. İçəri daxil olan ailə üzvləri qızlarını yataq otağında ölü halda görüblər. Sərkan Önal isə bu vaxt əlində bıçaq divanda əyləşmiş vəziyyətdə olub.
Polisə xəbər verilib və hadisə yerinə təcili yardım və polis əməkdaşları gəlib. Polisə ifadəsində Sərkan Önal təxminən saat 17:00 radələrində həyat yoldaşıyla mübahisə etdiklərini və mübahisə zəminində 2 övladının anası olan Ceydanı əlləriylə boğub öldürdüyünü, sonra da 3 saat meyitin yanında oturub gözlədiyini deyib. Sərkan yaxınlarına deyibmiş ki, ölümcül bir xəstəliyə yaxalanmaqdan qorxur. Həyat yoldaşı isə o öldükdən sonra başqasına ərə getməsin deyə, onu öldürüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
06:43 07.08.2026
Cəmiyyət
“Chanel” birinciliyi heç kimə vermir
06:06 07.08.2026
Relaks
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, xəsarət alan var
05:25 07.08.2026
Gündəm
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət