
Gənə kabusu böyüyür: Bir gündə iki nəfər həyatını itirdi
12:00 25.06.2025
Hadisə
337
Türkiyənin Gümüşhane və Yozqat bölgəsində kənə dişləməsi nəticəsində yoluxan Krım-Konqo Qanamalı Qızdırması (KKQK) xəstəliyi şübhəsi ilə xəstəxanaya yerləşdirilən iki nəfər həyatını itirib.
Sherg.az xəbər verir ki, Gümüşhanənin Şiran rayonunda sürüsünə çobanlıq edən 39 yaşlı Alaattin Uzuntürk bir həftə əvvəl gənə tərəfindən dişlənib. Bir müddət sonra özünü pis hiss edən Uzuntürk ailə üzvləri tərəfindən Kürtün dövlət xəstəxanasına aparılıb. Vəziyyəti ağırlaşdığından Qara dəniz Texniki Universitetinin (KTÜ) Tibb Fakültəsi Farabi xəstəxanasına təxliyə olunub. KKQK xəstəliyi şübhəsi ilə reanimasiyaya yerləşdirilən Uzuntürk həkimlərin müdaxiləsinə baxmayaraq həyatını itirib.

Yozqatda da gənə can aldı
Yozqatın Sarıkaya rayonunun Alembey kəndində yaşayan 66 yaşlı Celal Sarsılmaz da təxminən bir həftə əvvəl gənə dişləməsinə məruz qalıb. Bir müddət sonra səhhətində problem yaranan Sarsılmaz yaxınları tərəfindən Yozqatdakı xəstəxanaya aparılıb. Vəziyyəti pisləşdiyinə görə o, Sivas Cumhuriyyət Universiteti Sağlıq Xidmətləri Tətbiq və Tədqiqat xəstəxanasına köçürülüb. KKQK şübhəsi ilə anesteziya reanimasiya şöbəsində müalicəyə cəlb edilən Sarsılmaz göstərilən tibbi yardıma baxmayaraq həyatını itirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycandan Gürcüstana gedən yük qatarında yanğın olub - FOTO
16:52 19.08.2026
Hadisə
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
16:31 19.08.2026
Ekologiya
Rus ordusu Vodyanskoyeni işğal etdi
16:22 19.08.2026
Gündəm
Kazino şəbəkəsinin rəhbəri Gürcüstandan Azərbaycana gətirilib
16:06 19.08.2026
Hadisə
Evdən 10 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb
15:58 19.08.2026
Hadisə
Evdən 10 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb
15:34 19.08.2026
Cəmiyyət
Rusiya Gürcüstandan kartof idxalını dayandırdı
15:32 19.08.2026
İqtisadiyyat
Bu ayın 17 günü temperatur normadan yüksək olub
15:21 19.08.2026
Ekologiya
Ərdoğan: ABŞ-İran münaqişəsinin yeganə həll yolu danışıqlardır
15:02 19.08.2026
Gündəm
Televiziyamızın yaşıdı
15:00 19.08.2026
Media
Xarici uçuşlara böyük endirim! Biletlər 29 dollardan başlayır
14:46 19.08.2026
Aktual
“Al-Monitor”: Netanyahu Trampla açıq qarşıdurmaya hazırlaşır
14:37 19.08.2026
Gündəm
Azərbaycan səfiri etimadnaməsini Kasım-Jomart Tokayevə təqdim edib
14:17 19.08.2026
Gündəm
Rusiya və Ukrayna əsir mübadiləsi həyata keçirib
13:43 19.08.2026
Dünya