Goranboyda avtomobilin vurduğu piyada ölüb

Goranboyda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunda qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" markalı minik maşını yolu keçmək istəyən orta yaşlı qadını vurub. Piyada hadisə yerində dünyasını dəyişib, onun kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.