Göyçayda 18 yaşlı qızın dayısı tərəfindən öldürüldüyü məlum olub
12:22 09.05.2021
Hadisə
570
Göyçayda 18 yaşlı qızın qətlə yetirildiyi məlum olub.
APA-nın xəbərinə görə, Göyçay rayonu Bığır kənd sakini, 2003-cü il təvəllüdlü Məmmədova Fatimə Murtuz qızı dayısı, Bığır kənd sakini, 1989-cu il təvəllüdlü Bədəlov Vüqar Məhəmməd oğlu tərəfindən boğularaq qətlə yetirilib.
Qətli törədən Vüqar Bədəlov saxlanılıb, qızın qardaşı və digər ailə üzvləri hazırda polis şöbəsində dindirilir. Qızın anası, 1980-ci il təvəllüdlü Gülnarə Məmmədovanın övladının meyitini görərək komaya düşdüyü və bu səbəbdən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.
Qətl hadisəsindən sonra qızın dayısı Vüqar Bədəlov evində dəm qazından zəhərlənmə hadisəsinin baş verməsi barədə yalan məlumat uyduraraq kömək məqsədilə evə çağırdığı təcili tibbi yardım stansiyasının həkimlərinə bilərəkdən səhv məlumat verib, hər iki şəxsin dəm qazından zəhərləndiyini bildirib. Məhkəmə tibbi-ekspertiza və istintaq araşdırması zamanı qızın boğularaq öldürüldüyü məlum olub.
Qeyd edək ki, Fatimə Məmmədovanın bir dəfə nişanlı olduğu, sonradan başqa bir oğlana qoşularaq Bakıya getdiyi və yenidən evə qayıtdığı və Vüqar Bədəlovun bu səbəbdən qətl hadisəsini törətdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Oktyabrın sonu beş BÜRC üçün çox maraqlı olacaq
08:30 29.10.2026
Sosial
"Axios": ABŞ və İsrail İran rəhbərliyinə zərbələr endirə bilər
08:07 29.10.2026
Son dəqiqə
ABŞ-da nüvə obyektində yanğın və radiasiya sızması baş verib
07:15 29.10.2026
Gündəm
Kiçik pomidorlarda böyük təhlükə!
06:10 29.10.2026
Sağlamlıq
“Yaprak Dökümü”nün “Aslı”sı illər sonra
05:35 29.10.2026
Şou
Evdən çıxanda telefonun bu funksiyalarını söndürün
04:24 29.10.2026
Relaks
Hər Cola şüşəsi ömrünüzdən 9 dəqiqə azaldır - Alimlər
03:53 29.10.2026
Sağlamlıq
CENTCOM: Hörmüz boğazı minalardan tamamilə təmizlənib
02:46 29.10.2026
Aktual
2026-cı ilin sözü elan edildi
01:51 29.10.2026
Maraqlı
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
00:57 29.10.2026
Dünya
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual