Göyçayda bir neçə həftə öncə qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Göyçayda bir neçə həftə öncə qeysəriyyə əməliyyatı zamanı bağırsağı deşilən 31 yaşlı qadın paytaxt klinikasında dünyasını dəyişib.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, 31 yaşlı Zərdab rayon sakini Səkinə Yusifovanın Göyçayda rayonunun tibb müəssisəsində qeyseriyyə əməliyyatı zamanı bağırsağı deşilib və sağlamlığında ciddi problem yaranıb.

Bu səbəbdən də xəstə qadın Respublika Klinik xəstəxanasına göndərilib. Ötən müddət ərzində həkimlərin səylərinə baxmayaraq onun həyatını qurtarmaq mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır