Göyçayda narkotik becərən şəxs saxlanılıb
08:15 04.09.2021
Hadisə
485
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat keçirilib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, rayonun Qarabaqqal kəndi ərazisindəki torpaq sahəsində narkotik tərkibli bitkilərin becərilməsi barədə Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub.
Keçirilən tədbir nəticəsində orada çətənə kollarının kultivasiyası ilə məşğul olan şəxsin kənd sakini Nicat Hacıyev olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.Ona məxsus həmin torpaq sahəsinə baxış keçirilən zaman aqrotexniki qulluq göstərilmiş, ümumi çəkisi 30 kiloqramdan artıq olan 12 ədəd çətənə bitkisi və 287 qram qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.
Araşdırma zamanı N.Hacıyevin narkotik vasitəni həm şəxsi istifadəsi, həm də satış məqsədilə becərdiyi məlum olub.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol