Göygöldə bıçaqlanma hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib.
Hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi ilə bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma başlanılıb.