İcra başçısından açıqlama: “Üç gün sonra yenə yanğın oldu”
06:32 26.05.2021
Hadisə
440
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi Rzayev rayonda son dörd gün ərzində iki böyük yanğının baş verməsi haqda danışıb.
İcra başçısı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu gün səhər saat 07:00 radələrində rayonun “Təza bazar”ında qısa qapanmadan yanğın başlayıb: “Yanğın barədə məlumat alan kimi hadisə yerinə gəlmişik. Hazırda polis rəisi, müavinləri, fövqəladə hallar komissiyasının sədri də buradadır. Tərtər, Ağdam və Yevlax rayonlarından yanğınsöndürənlər də cəlb edilib. Yanğın demək olar ki, lokallaşdırılıb və söndürülüməsi üçün tədbirlər görülür. İlkin məlumata görə, güclü külək nəticəsində bazarın üzərindən keçən naqillərdə qısaqapanma olub və oradan yanğın başlayıb”.
V.Rzayev qeyd edib ki, bazarda minə yaxın obyekt yerləşir və ilkin məlumata görə, 60 obyekt yanıb: “Yanğının digər obyektlərə keçməsinin qarşısı alınır. Təxminən 1 000 kvadratmetr ərazi yanıb, əsasən geyim dükanları və ərzaq mağazalarıdır. Bəzi mağazalarda generatorlar, plastik manekenlər olub ki, onlar da tezalışan materiallardır və yanğının söndürülməsini çətinləşdirir. Həmçinin, hazırda güclü külək də işə maneə olur”.
İcra başçısı bildirib ki, mayın 23-də baş verən yanğınla bugünkü yanğının əlaqəsi yoxdur: “İlkin informasiyaya görə, hər hansı cinayət və ya təxribat əməli yoxdur, təsadüfi ardıcıllıqdır. Bir neçə gün öncə baş verən yanğın çayxanada qaz balonunun partlaması nəticəsində baş vermişdi. Həmin vaxt dördü ciddi olmaqlar 10 mağazaya zərər dəyib, onlardan isə yalnız birinin sığortası olub. İndiki yanğında isə bazar rəhbərliyi daşınmaz əmlakı sığorta etdirməlidir. Yanğın söndürüləndən sonra bu məsələni araşdıracağıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi