İntiharlar “cavanlaşır”! – “Valideynlər övladlarını duyğusal aclıqla böyütməsin...”
Yusif Nəzərli
12:31 15.10.2021
Hadisə
769
“Onların təməl ehtiyacları olan sevgi, dəyər və sayğı kimi hisləri onlardan əsirgəməsin”
“Ailədə bu cür hisləri görməyən fərdlərin cəmiyyətdən gözləntiləri olur və bu gözlənti qarşılanmadığında daxili çöküş yaşayırlar”
“Psixologiyanın yaxşı tədris olunduğu ölkələrdə intihar hadisələri daha az baş verir”
Dünən Qaradağ rayonu Müşfiqabad qəsəbəsində özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atan yeniyetmə vəfat edib. Məlumata görə 16 yaşlı Aygün Eyvazova təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılsa da,həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimala görə intihar ailə münaqişəsi zəminində baş verib.
Hadisə intihar mövzusunu yenidən gündəmə gətirib. Artıq sosioloqlar da SOS siqnalı çalaraq cəmiyyətimizdə intiharın “gəncləşdiyini” bildirirlər. Doğrudur, zaman-zaman məlum hallardan və onların önlənməsi isə bağlı maarifləndirici xarakterli məqalələr, düşüncələr tirajlanır. Amma effekti ya olmur, ya da az olur.
Maraqlıdır, bu cür dəhşətli olayların qarşısının alınması istiqamətində nə kimi qabaqlayıcı tədbirlər görülməlidir?
Sualımızı cavablandıran psixoloq Mədinə Rəsulzadə “Sherg.az”a bildirib ki, intihar şəxsin öz qərarı ilə həyatına son qoymasıdır. Bu istək bioloji sosial faktorlardan yaranır:
“Psixoloji faktorlardan intihar şəxs təməl ehtiyaclardan məhrum olaraq yetişdikdə özünü göstərir. Bu zaman problemin kökü daha çox uşaqlıq dönəmi ilə bağlı olur. Bu təməl ehtiyaclar şəxsin valideynlərindən almalı olduğu duyğuları, dəyər, sevgi və dəstəyi görmədiyini göstərir. Bioloji faktorlar isə intihar edən insanın və ya intihara cəhd edən insanın beyin hormonlarının səviyyəsinin aşağı düşməsi ilə bağlıdır. Sosial faktorların kökündə şəxslərin sosial mühitdən ailədən, dostlardan, tanışlardan aldığı travmalar dayanır. Şəxs sosial mühitdə istədiyi dəyəri görə bilmədikdə özünə qapanır. Özünə qapanma fərdi intihara sövq edən başlıca səbəblərdəndir. Statistikaya nəzər salsaq görərik ki, intihar coğrafiya ilə də bağlı məsələdir. Psixologiyanın yaxşı tədris olunduğu ölkələrdə intihar hadisələri daha az baş verir. İndiki halda insanlar hər hansısa məqsədə, hədəfə tutunmadığı üçün həyatdan asanlıqla imtina edə bilirlər. Azyaşlıların intihar hallarının qarşısını almaq istiqamətində valideynlərin etməli olduğu başlıca iş övladlarını duyğusal aclıqla böyütməmək, onların təməl ehtiyacları olan sevgi, dəyər və sayğı kimi hisləri onlardan əsirgəməməkdir. Ailədə bu cür hisləri görməyən fərdlərin cəmiyyətdən gözləntiləri olur və bu gözlənti qarşılanmadığında daxili çöküş yaşayırlar. Beləcə onlarada həyat eşqi sönür. Bunları uşaqlarımıza ötürərək yetişdirsək, cəmiyyət daha işıqlı gələcəyə doğru addımlayar”.
Qeyd edək ki, hər il dünyada 800 minə yaxın insan həyatına intiharla son qoyur. Statistikaya əsasən Azərbaycan intihar hallarının sayına görə dünyada 88-ci yerdədir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kral III Çarlz Türkiyəyə COP31-ə ev sahibliyinə görə təşəkkür etdi
18:32 21.11.2026
Aktual
Qazaxda kişi dəm qazından boğularaq ölüb
18:21 21.11.2026
Hadisə
Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib
18:03 21.11.2026
Cəmiyyət
Tramp Putinin də G20 sammitində iştirakını gözləyir
17:45 21.11.2026
Dünya
ABŞ Rusiyada doğulan şəxsi deportasiya etmək istəyir
17:43 21.11.2026
Dünya
“Şəfa” “Qəbələ”yə qarşı, “Turan Tovuz”dan qələbə - Yenilənir
17:26 21.11.2026
Futbol
“Turan Tovuz” azlıqda “Şamaxı”ya qalib gəldi
16:42 21.11.2026
Futbol
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ verilib
16:28 21.11.2026
Ekologiya
Polşa NATO-nun 4-cü maddəsini işə salmağı nəzərdən keçirir
16:26 21.11.2026
Dünya
Avropa Jurnalistlər Federasiyası Paşinyanı sərt tənqid etdi
16:08 21.11.2026
Siyasət
Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb
15:44 21.11.2026
Ekologiya
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
15:35 21.11.2026
Gündəm
Paşinyan: Sabah TRIPP layihəsinin başlanması rəsmən elan ediləcək
15:05 21.11.2026
Region