İqtisadçı-ekspert Pərviz Heydərov vəfat etdi

Azərbaycanın tanınmış iqtisadçı-eksperti Pərviz Heydərov vəfat edib.

Sherg.az xəbər verir ki, bu barədə Oxu.az-a iqtisadçı-ekspertin yaxınları məlumat veriblər.

Pərviz Heydərov 54 yaşında pnevmoniya səbəbi ilə dünyasını dəyişib.

Qeyd edək ki, Pərviz Heydərov uzun illər ərzində Azərbaycanda iqtisadi proseslər, maliyyə və sosial-iqtisadi məsələlərlə bağlı açıqlamaları və analitik şərhləri ilə tanınıb.