Eyvandan küçəyə atılan qaz balonu avtomobilin üzərinə düşüb
İstanbulda dəhşət yaşandı
10:12 09.08.2023
Hadisə
384
Eyvandan küçəyə atılan qaz balonu avtomobilin üzərinə düşüb
İstanbulda ağlagəlməz hadisə baş verib. Şəhərin “Baxçalı evlər” məhəlləsində yerləşən yaşayış binasının eyvanından küçəyə atılan qaz balonu həmin vaxt küçədən keçən avtomobilin üzərinə düşüb. Dəhşətli olan budur ki, qaz balonu avtomobilin şüşə tavanını qırıb keçərək sürücünün başını yaralayıb.
“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, həmin vaxt küçədə avtomobilində əyləşmiş sürücü, 24 yaşlı Mehmet İşlər baş verənlərdən şoka düşüb.
Başından ağır yaralanan sürücü xəstəxanaya aparılıb. Onun başına 9 tikiş qoyulub. M.İşlər baş verənlər haqqında “evə gedirdim, Fatih küçəsindən keçirdim. Dostum da avtomobildə idi. Birdən başımıza nəsə ağır bir şey düşdüyünü hiss etdim. Nə baş verdiyini anlamadım. Demə, binadan qaz balonunu küçəyə atıblar. Qaz balonu yanar vəziyyətdə idi. Mən ağrıdan yerimdən tərpənə bilmirdim. Dostum cəld tərpənib yanan qaz balonunu avtomobildən çıxardı. Söndürməyə başladı. Başım qanlamışdı və ağrılarım vardı. Aldığım zərbədən hafizəm itmişdi. Yaxşı ki arxamızca hərəkət edən digər avtomobildə dostlarımız vardı. Onların köməyi ilə xəstəxanaya aparıldım”, söyləyən Mehmet İşlər bu hərəkəti edənin cəzalanmasını istəyib: “Kim olduğunu bilmirəm, amma mütləq tapılmalıdır. Çünki bu, qəsdən adam öldürməyə təşəbbüsdür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət
Ermənistan baş nazirliyinə namizəd FSB əməkdaşı çıxdı - FOTO
17:24 19.05.2026
Region
Hörmüzdəki risklər dünyanın diqqətini Azərbaycana yönəldib - ŞƏRH
17:14 19.05.2026
Gündəm