Lənkəranda ovçularla polis arasında qarşıdurma olub - DİN-dən AÇIQLAMA
Yusif Nəzərli
09:39 28.01.2023
Hadisə
550
Lənkəranın Nərimanabad qəsəbəsində ovçularla polis arasında toqquşma olduğu iddia edilib.
Belə ki, Masallının Təzəkənd kəndindən olan ovçular qanunsuz balıq və quş ovlamaq istəyiblər. Bu zaman polis onlara mane olub, daha sonra ovçularla polis arasında dava düşüb, nəticədə polisə xəsarət yetirilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, qanunsuz ov etmənin qarşısını almaq üçün Qızılağac Milli Parkının əməkdaşları və polislər orada gücləndirilmiş iş rejiminə keçiblər.
Əlavə mobil postlar quraşdırılıb, reydlər aparılır.
Eyni zamanda, milli parkın ərazisi ilə həmsərhəd olan hissəyə su bəndi yaradılıb ki, ovçular qanunsuz şəkildə ora daxil ola bilməsinlər.
Qeyd edək ki, Masallıdan olan ovçular Nərimanabaddan keçməklə dənizə ova gedirlər
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, tərəflər arasında münaqişə nəticəsində xəsarət olması ilə bağlı iddialar əsassızdır:
“Qızılağac Milli Parkında qanunsuz ovçuluqla bağlı polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən ərazidə ovçuluqla bağlı müəyyən olunan qayda və tələblər diqqətə çatdırılmaqla izahat işi aparılıb. Hazırda park inzibatçılarından daxil olan müraciət əsasında ərazi üzrə polis orqanında araşdırmalar davam etdirilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual