Mağazanın damını sökərək oğurluq edən şəxs tutulub
07:43 29.01.2023
Hadisə
484
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində oğurluq edən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sherg.az-a verilən məlumata görə, şəhər ərazisində yerləşən mağazaların birindən oğurluq edilməsi ilə bağlı polis şöbəsinə məlumat daxil olub. Obyektin damını sökərək içəriyə daxil olan naməlum şəxs oradan 6500 manat pulu götürərək hadisə yerindən yayınıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən, əvvəllər də məhkum olunmuş Şəmil Əmrahov tutulub. O, ifadəsində oğurluq etdikdən sonra Bakı şəhərinə getdiyini və əldə etdiyi pulu paytaxtda xərclədiyini bildirib. Bir qismi isə Şəmil Əhmədovdan maddi sübut kimi götürülüb.
Şöbə əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı keçirilən əməliyyatlar zamanı isə Göyçay şəhər sakini İlqar Muradov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkarlanıb. Araşdırma zamanı İlqar Muradovun həmin narkotik vasitə və psixotrop maddəni keçmiş məhkum Pərviz Abdullayevdən aldığı müəyyən edilib.
Şübhəli şəxs qismində saxlanılan Pərviz Abdullayevin üzərinə və yaşadığı ünvana baxış keçirlərkən heroin, marixuana, metadon, eləcə də tramadol həbləri aşkar edilərək götürülüb. O, ifadəsində həmin narkotik vasitələri sosial şəbəkədə tanış olduğu İran vətəndaşından onlayn yolla aldığını bildirib.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual