Mənzil oğurluqlarına görə saxlanılan şəxsdən silah götürülüb
Yusif Nəzərli
05:12 16.01.2024
Hadisə
342
Mənzil oğurluqlarına görə saxlanılan şəxsin evindən tapança aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən 3 yaşayış evindən dəyəri 6 min manatdan artıq müxtəlif məişət əşyalarını oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakinləri Səməd Səfərov, əvvəllər məhkum olunmuşlar Xaləddin Əliyev və Azər Qəhrəmanov saxlanılıblar. Oğurlanan əşyalar onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb.
Bundan əlavə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən baxış zamanı saxlanılan şəxslərdən Xaləddin Əliyevin yaşadığı evdən 1 ədəd "Makarov" tipli tapança, həmin silaha aid daraq və 5 ədəd patron aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə X.Əliyev və A.Qəhmanov barəsində həbs qətimkan tədbiri, S.Səfərov barəsində isə digər qətimkan tədbiri seçilib.
Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm