Metroda sərnişin relslərin üzərinə düşüb
Yusif Nəzərli
10:46 25.03.2023
Hadisə
550
Metronun “Memar Əcəmi” stansiyasında qorxulu anlar yaşanıb. Sərnişinlərdən biri relslərin üzərinə düşüb.
Oxu.Az-ın məlumatına görə, hadisə nəticəsində həmin kişinin ayağı zədələnib.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun verdiyi məlumata görə, stansiyaya daxil olan qatarın maşinisti dərhal reaksiya verərək qatarı saxlamağa müvəffəq olub:
“Bu gün metronun “Memar Əcəmi” stansiyasında kişi sərnişin qatar yoluna düşüb. Stansiyaya daxil olan qatarın maşinisti dərhal reaksiya verərək, qatarı saxlayıb. Buna baxmayaraq, stansiya yolunda olan sərnişinin ayağı zədələnib. Dərhal aidiyyəti üzrə tədbirlər görülüb, sərnişin qaydalara müvafiq olaraq stansiya yolundan çıxarılıb. Stansiyaya təcili tibbi yardım əməkdaşları dəvət ediliblər və xəsarət alan sərnişinə ilkin tibbi yardım göstərilib. Aidiyyəti üzrə araşdırma aparılır və digər tədbirlər görülür. Hadisə nəticəsində metronun “yaşıl xətt” üzrə hərəkət edən qatarlarının intervalında 10 dəqiqə yubanma yaranıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vətən müharibəsi qazisi qətlə yetirildi
20:50 22.10.2026
Hadisə
Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir
20:33 22.10.2026
Dünya
Fransada iğtişaşlar zamanı 2700 nəfər saxlanıldı
20:25 22.10.2026
Dünya
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
20:17 22.10.2026
Aktual
ABŞ Estoniyaya HIMARS raketləri göndərdi
20:00 22.10.2026
Gündəm
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya
Bakı ilə sülh olmadan sərhəd açılmayacaq - Hasan Oktay
18:25 22.10.2026
Cənubi Qafqaz
Türkiyədə Hüseyn Cavidin “Pyeslər” kitabı nəşr olundu
18:12 22.10.2026
Ədəbiyyat
Birgə məlumat: 25 il əvvəl törədilmiş qətlin üstü açıldı
18:10 22.10.2026
Hadisə
Albaniya parlamentində deputatlar arasında əlbəyaxa dava düşüb
17:52 22.10.2026
Dünya
Ekoloji cinayətlərə görə İrəvan məsuliyyət daşımalıdır - ŞƏRH
17:50 22.10.2026
Gündəm
Keyt Middlton iş başında: Tacını çıxardı, dəbilqəsini taxdı
17:40 22.10.2026
Dünya
Ukrayna əhalisinin sayı 28,5 milyon nəfərə düşdü
17:04 22.10.2026
Dünya