Mingəçevir şəhərində 9 mərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 15-dən çox sakinə zəruri tibbi yardım göstərilib, 3 nəfər isə xəstəxanaya yerləşdirilib.
Teleqraf xəbər verir ki, hadisə zamanı tüstüdən zəhərlənən, eləcə də təşvişə düşərək pilləkənlərlə aşağı qaçarkən yıxılıb xəsarət alan sakinlərin köməyinə həkim briqadaları çatıb.
Vəziyyəti daha ağır olan 2004-cü il təvəllüdlü hamilə qadın Aytən Mustafayeva, 2006-cı il təvəllüdlü Şamxal Məmmədov və yıxılaraq xəsarət alan daha bir sakin təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Hazırda tibb heyəti hadisə yerində xəsarət alan digər sakinlərin müayinəsini aparır və tibbi yardım göstərməkdə davam edir.
***
15:26
Mingəçevir şəhərində yanğın baş verib.
Teleqraf xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, keçmiş köçkün şəhərciyində yerləşən 9 mərtəbəli 11 saylı binada qeydə alınıb.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin 3 yanğınsöndürmə briqadası cəlb olunub.
