
Nəsli kəsilmək üzrədir: “Meşənin kabusu” kameralara tuş gəlib
Yusif Nəzərli
20:59 25.03.2024
Hadisə
496
“Meşənin ruhu” kimi tanınan Qafqaz vaşaqını qarla örtülmüş torpaqda görüblər. Mütəxəssislər Qafqaz vaşağının gecələr ov ovlayan, gündüzlər nadir hallarda rast gəlinən növ olduğunu bildiriblər.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, ov üçün adətən qaranlığa üstünlük verən nəsli kəsilməkdə olan Qafqaz vaşaqı gündüz saatlarında Qarsın Sarıqamış rayonunda qarla örtülü ərazidə ov edərkən görüntülənib.
KuzeyDoğa Dərnəyinin Elm Koordinatoru Emrah Çoban, nəsli kəsilməkdə olan vaşaqları izlədiklərini söyləyib.
Vaşağın gün ərzində ilk dəfə belə aydın göründüyünü bildirən Çoban sözlərini belə davam etdirir:
"Meşənin ruhu, yəni vaşaq Anadolu Agentliyi tərəfindən Sarıqamışda yaxalanıb. Bu bizi həyəcanlandırdı. Çünki vaşaqlar əslində ləqəbindən də göründüyü kimi "meşənin kabusu" adlandırılır. Onlar gecələr aktiv olan canlılar olduğundan , gün ərzində nə etdiklərini bilmirik. Biz bu dəfə vaşaqların gün ərzində ovlarının arxasınca necə getdiklərini aydın gördük".
Çoban görüntülərlə əlaqədar bunları deyib: "Qar altındakı səsləri necə dinlədiklərini və ov üzərində necə fokuslandıqlarını açıq şəkildə görə bilirik. Sivasın şərqində və Ankarada vaşaqların daha çox gəmiricilər və dovşanlarla qidalandığını bilirik.

Sarıqamışda Avrasiya və Qafqaz vaşaqlarının iki növü olduğunu izah edən Çoban sözləinə davam edir:
"Videoda görünən Qafqaz vaşağı əslində indiyə qədər gündüz vaxtıqeydə alınmış ən yaxşı videodur. O, ovunu necə ovladığını və onun arxasınca necə getdiyini bizə çox aydın şəkildə göstərir. Digər növ Avrasiya vaşağı Qafqaz vaşaqından daha böyükdür. Elm adamları olaraq indiyə qədər etdiyimiz araşdırmalarda "Belə bir görüntüyə rast gələ bilmədik, amma müxbirlər həmişə açıq fikirli olduqları üçün bu möhtəşəm görüntüləri lentə aldılar və onlara təşəkkür edirik."
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya
Ruslar nə qədər uzaq olsa, o qədər yaxşıdır - Navrotski
17:51 07.08.2026
Dünya
Rayonlara 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
17:40 07.08.2026
Ekologiya
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq
17:39 07.08.2026
İqtisadiyyat
Ceki Çan Bakıda çəkiliş zamanı qolunu zədələdi
16:45 07.08.2026
Hadisə