Özünü MİDA-nın vəzifəli şəxsi kimi təqdim edən şəxs 430 min manatlıq dələduzluqda ittiham olunur
Özünü MİDA-nın vəzifəli şəxsi kimi təqdim edən şəxs 430 min manatlıq dələduzluqda ittiham olunur
12:39 14.05.2024
Hadisə
476
Güzəştli mənzil almaq adı ilə vətəndaşların pulunu ələ keçirən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən məlumata göörə, güzəştli mənzil almaq adı ilə çoxsaylı vətəndaşın pulunu ələ keçirən Əzizov Mirdaməd Əziz oğlunun qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı tamamlanıb.
İbtidai istintaqla Mirdaməd Əzizovun özünü Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) vəzifəli şəxsi kimi təqdim edərək sözügedən qurum tərəfindən inşa olunan binalardan mənzillərin alınması ilə bağlı ona müraciət etmiş vətəndaşlara güzəştli şərtlərlə mənzil almalarını təmin edəcəyinə dair yalan vədlər verib saxta sənədlər təqdim etməklə ümumilikdə 26 şəxsə məxsus 430 min manatdan artıq məbləğində pul vəsaitini qanunsuz yolla ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən faktlarla bağlı toplanmış sübutlar əsasında Mirdaməd Əzizova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.1-ci (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma) maddələri ilə yekun ittiham elan edilməklə barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Planetin ən çox istehlak olunan əti…
18:18 27.08.2026
Maraqlı
“Kərkinin Azərbaycana qaytarılması mümkündür” - Ədalət Verdiyev
17:49 27.08.2026
Aktual
Qazaxıstan Qəzzada qoşun yerləşdirəcək
17:47 27.08.2026
Aktual
600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı
17:40 27.08.2026
Elm və Təhsil
Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır
17:25 27.08.2026
Dünya
“Bosniya qəssabı” Ratko Mladiç ölüb
17:18 27.08.2026
Gündəm
“Qarabağ”- “Tvente” oyunundan əvvəl fan zona təşkil olunacaq
17:06 27.08.2026
Cəmiyyət
Qaluzin: ABŞ-nin Ukrayna ilə bağlı mövqeyi dəyişib
16:40 27.08.2026
Dünya
Paşinyan: Ermənilər SSRİ-ni unudurlar
16:30 27.08.2026
Gündəm
"Balıqçılıq haqqında" qanun qüvvəyə minib
16:07 27.08.2026
Futbol
Rusiya edam cəzası verilən Bəşər Əsədi Suriyaya qaytrarır?
16:01 27.08.2026
Dünya
Bəs dənizin ortasında yosun varsa?
15:53 27.08.2026
Cəmiyyət
Avropa İttifaqı və Qrenlandiya təhlükəsizlik sazişi imzalayacaq
15:45 27.08.2026
Gündəm
Hava Limanında sərnişində narkotik vasitə aşkarlanıb
15:35 27.08.2026
Hadisə