Paşinyan blef edir !- “Məsələni “yumşatlmağa” çalışır, ancaq...”
Banuçiçək Kalbalıyeva
10:23 17.12.2020
Hadisə
632
“...Baş nazir əvvəl-axır devriləcək”
“ABŞ-da ermənipərəst Co Baydenin hakimiyyətə gəlməsini gözləyir. Ona görə də həmin vaxtadək məsələni gündəmdə saxlayacaq”
“Hraparak” qəzeti Ermənistan baş naziri Nikol Paşinyanın dekabrın 31-də istefa verəcəyi barədə yazıb. “Paşinyan istefasını və erkən parlament seçkilərinin keçiriləcəyini 31 dekabr Yeni il mesajı zamanı elan edəcək”, - deyə bildirilir.
Nəşr qeyd edib ki, ölkədə Seçki Məcəlləsinin islahatı prosesi sürətləndirilib.
Qeyd edək ki, Ermənistanın Nazirlər Kabineti N. Paşinyanın guya dekabrın 31-də istefa verəcəyinə dair mediada yayılan xəbərlərə münasibət bildirib. “RİA Novosti”nin verdiyi xəbərə görə, Ermənistan hökumət yayılan xəbərləri təkzib edib.
Əslində indiyədək müxtəlif KİV-dən, eləcə də erməni mətbuatının özündən Paşinyanın istefa verəcəyinə dair xəbərləri bir neçə dəfə oxumuşuq. Amma bu xəbərləri eyni ilə dünyanın sonunun gələcəyi haqqında informasiyalara oxşayır. Yəni sadəcə yazılır və ictimaiyyətə ötürülür.
Nəzərə almaq lazımdır ki, informasiya müharibəsinin xarici siyasətin tənzimlənməsi üçün çox mühüm rol oynadığı bir məqamda bəzən dezinformasiyalar, saxta xəbərlərin tirajlanaraq yayılması də məqbul hesab edilir. Biz xüsusilə erməni mətbuatının timsalında belə halları, bəlkə, yüzüncü dəfə görürük. Ona görə də erməni KİV-nə artıq inanmağımız gəlmir.
Politoloq Tofiq Abbasov da həmin xəbəri “Sherg.az”a təhlil edərkən bildirib ki, məsələyə reallıqları nəzərə alaraq yanaşmaq lazımdır:
“Bu, uzun müddətdir gündəmdədir və belə də qalacaq. Amma indi Paşinyan manevr etmək istəyir. Hakimiyyətdən getməsini istəyənlərin kifayət qədər çox olduğunu başa düşür. Ona görə də dediyim kimi, məsələnin “yumşalması”na çalışır.
Hərbi cəhətdən bizdən zəif olduqlarını, yeddi rayonun qaytarılmasının əvvəlki hakimiyyətlə danışıldığını deyərək günahı öz boynundan atmağa çalışır. Həmçinin 10 noyabr bəyanatını mühasirədə qalan 30 min erməni əsgərinin məhv edilməməsi naminə etdiyini bildirir.
Beləliklə, o, opponentlərinin “başının altına yastıq qoyur” və həmin məqamda öz mövqelərini gücləndirir, dəyişdirir. Dəqiq proqnoz vermək çətindir. İdmanda olduğu kimi, siyasətdə də istefa mədəniyyəti var.
Yəni baş nazir əvvəl-axır devriləcək. Əsas sual budur ki, həmin hadisədən sonra daxili vəziyyət necə dəyişəcək? Hər halda Ermənistan hakimiyyəti üçün yeganə nicat yolu dağıdıcılıq siyasətindən əl çəkməkdir”.
T.Abbasov Paşinyanın planlarından da danışıb:
“Belə demək mümkünsə, o, məsələni “çürüdür” və mümkün qədər uzatmağa çalışır. Baş nazir ABŞ-da ermənipərəst Co Baydenin hakimiyyətə gəlməsini gözləyir. Ona görə də həmin vaxtadək məsələni gündəmdə saxlayacaq. Əlbəttə, həm də pərdəarxası məsləhətləşmələr aparacaq. Çünki özünü əmin, təhlükəsiz hiss etməsindən ötrü xüsusi imtiyazlara ehtiyacı var. O vaxtadək devrilə də bilər, devrilməyə də. Lakin, məncə, hakimiyyətdə qalacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya
Tərtərdə 52 yaşlı kişi güllələnib, saxlanılan var - YENİLƏNİB-1
14:33 07.09.2026
Hadisə
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edilib
14:16 07.09.2026
Gündəm
“Mexiko” sözünü sildi, “Amerika” yazdı - Trampdan yeni xəritə şousu
13:37 07.09.2026
Dünya
Kobaxidze istefa verməyə hazırlaşmadığını bildirib
13:22 07.09.2026
Region
Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib
13:16 07.09.2026
Gündəm
Məsud Pezeşkian: Məni öldürsələr...
13:11 07.09.2026
Dünya
Sabah Bakıda yağış yağacaq
12:46 07.09.2026
Ekologiya
İran nümayəndə heyəti ABŞ-yə səfər etmək istəyir
12:42 07.09.2026
Dünya
Zəngəzur dəhlizinə görə yeni güzəştlər olacaq
12:29 07.09.2026
Gündəm
İndoneziyada bazarda yanğın olub, 11 nəfər ölüb
12:23 07.09.2026
Dünya
Bloomberg: Avropada heyvan yemi qıtlığı yaranıb
11:50 07.09.2026
Dünya