Türkiyənin Diyarbəkir şəhərində küçə pişiyi tərəfindən dişlənən 4 yaşlı qız uşağının vəziyyəti aylar sonra ağırlaşıb.
Sherg.az xəbər verir ki, uşaq təxminən 4 ay əvvəl Sur rayonunun Böyükadı məhəlləsində pişik tərəfindən dodağından dişlənib. Xəstəxanaya aparıldıqdan sonra evə buraxılan uşaq aylar sonra yenidən xəstələnib.
Vəziyyəti ağırlaşan uşaq xəstəxanada intubasiya edilib. Ondan götürülən nümunələrin müayinəsi nəticəsində quduzluq testi pozitiv çıxıb. Hadisədən sonra ərazidə peyvəndləmə və sahibsiz heyvanların toplanması ilə bağlı tədbirlər görülməyə başlanılıb.